İrina BOKOVA: Azərbaycan
UNESCO ilə bir
çox sahələrdə uğurla əməkdaşlıq
edir
Bakıda
keçirilən İkinci
Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunda iştirak edən UNESCO-nun
baş direktoru İrina Bokova Heydər Əliyev Beynəlxalq Aeroportunda səfərinin
yekunları ilə bağlı AzərTAc-a məxsusi müsahibə vermişdir.
Xanım
İrina Bokova demişdir:
- Üç il
əvvəl gördüyüm
Azərbaycanla hazırkı
Azərbaycan arasında
böyük fərq
var. Ötən müddət
ərzində Azərbaycan
çox sürətlə
inkişaf etmişdir.
Bakıda hər yerdə
tikinti-quruculuq işlərinin
aparılmasının şahidi
oldum. Mənim üçün maraqlı məqamlardan biri də Xalça
Muzeyinin yeni binasının inşaat işlərinin artıq tamamlanmaq üzrə olmasıdır. Mən
üç il
əvvəl Bakıda
olarkən bu gözəl binanın tikintisi yeni başlanmışdı. Mən həmçinin
Bakıda çoxlu sayda qədim tarixi memarlıq abidələrinin və binaların qorunmasının
şahidi oldum.
İkinci Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunda iştirak etməyim mənim üçün çox əhəmiyyətli
oldu. Bildiyiniz kimi, forumda müasir dövrdə mədəni müxtəlifliyi
necə qorumaq, digər tərəfdən
isə sülh və sabitlik üçün daha çox mədəni müxtəlifliklər yaratmaq
məsələləri müzakirə
olunur. Bu forum UNESCO üçün olduqca vacib əhəmiyyətə
malikdir. Əlbəttə, sivilizasiyalararası, dinlərarası
dialoq, mədəniyyətin
yaxınlaşması kimi
məsələlərin müzakirəsi
də çox vacibdir və günümüz üçün
aktualdır.
Düşünürəm ki, Azərbaycan belə böyük və mühüm tədbirlərin təşkili
üçün coğrafi
baxımdan da əlverişli məkandır. Çünki tarixi İpək yolu üzərində yerləşən Azərbaycan
Şərq və Qərb mədəniyyətləri
arasında körpü
rolunu oynayır.
Azərbaycan UNESCO ilə bir çox
sahələrdə uğurla
əməkdaşlıq edir. Azərbaycan UNESCO-nun ən fəal üzvüdür. Biz Azərbaycanda Qeyri-Maddi Mədəni İrsin Mühafizəsinə dair Hökumətlərarası Komitənin
10-cu sessiyasını keçirməyi
planlaşdırırıq.
Hazırda UNESCO çərçivəsində Almaniyanın paytaxtı Berlində dünya bədən tərbiyəsi
və idmana məsul nazirlərin və rəsmilərin 5-ci
konfransı (MİNEPS V) keçirilir. Bu konfransa hazırlıq məqsədilə mart ayında
Azərbaycanda UNESCO-nun Bədən
Tərbiyəsi və
İdman üzrə Hökumətlərarası Komitəsinin
fövqəladə və
daimi məşvərətçi
şurasının iclası
keçirilmişdir.
UNESCO keçən il
Azərbaycanda Beynəlxalq
Bioetika Komitəsinin iclasını keçirmişdir.
Beləliklə, Azərbaycanda çoxlu
tədbirlər, mühüm
görüşlər təşkil
olunmuşdur. Bakıda
keçirilən İkinci
Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun əhəmiyyətini isə
xüsusi vurğulamaq
istəyirəm.
Azərbaycan
UNESCO ilə yanaşı, digər beynəlxalq təşkilatların,
eləcə də Avropa Şurasının, İslam Əməkdaşlıq
Təşkilatının, BMT-nin, hazırda isə bu qurumun Təhlükəsizlik
Şurasının üzvüdür. Bütün bu amillər
belə forumların keçirilməsi və aktual müzakirələrin
aparılması üçün yaxşı əsas
yaradır.
* * *
Xanım
İrina Bokovanı Heydər Əliyev Beynəlxalq Aeroportunda
UNESCO üzrə Azərbaycan Respublikası Milli
Komissiyasının birinci katibi Günay Əfəndiyeva və
digər rəsmi şəxslər yola salmışlar.
Azərbaycan.-2013.- 1 iyun.- S.4.